Xarici bazar

Beynəlxalq bazarlarda ticarət olunan qiymətli kağızları və törəmə maliyyə alətlərinin alınması və satılması üzrə vasitəçilik xidməti göstəririk!

Mənə maraqlıdır

Korporativ istiqrazlar haqqında məlumat

Xarici bazarlar istifadəçilərinə aşağı əməliyyat riski ilə səhmlər və digər uyğun maliyyə alətləri ilə etibarlı əməliyyatlar apara biləcəyi təhlükəsiz və tənzimlənən bir mühit təmin edir. Tənzimləyici tərəfindən müəyyən edilmiş qaydalar əsasında fəaliyyət göstərən bu bazarlar iki yerə bölünür: ilkin bazarlar və təkrar bazarlar.

Xarici bazarları, treyderlərin səhm alqı-satqısı üçün toplaşdıqları fiziki yerlər kimi həyatımıza daxil olmağa başlasa da, hal-hazırda əksər ticarətlər onlayn şəkildə aparılır. NASDAQ kimi bəzi bazarlarda ümumiyyətlə fiziki ticarət mərtəbələri yoxdur və bütün əməliyyatlar onlayn baş verir. Digərləri, NYSE kimi, fiziki ticarətin bazarın ümumi həcminin kiçik bir hissəsini təşkil etdiyi hibrid sistemə malikdir.

Odur ki, əgər siz də beynəlxalq bazarlarda rahatlıqla ticarət etmək istəyirsinizsə, vasitəçilik xidmətimiz məhz sizə uyğundur.

Dünyanın ən böyük birjasına cıxış

ABŞ fond birjalarında siyahıya alınmış minlərlə səhm artıq bir toxunuşla əlçatandır

Fraksiyalı investisiya

İndi siz səhm qiymətindən asılı olmayaraq məbləği daxil etməklə istədiyiniz səhmi ala bilərsiniz

Yüksək likvidlik

Aktivlərinizin likvidliyi xarici bazar səhimləri ilə daima yüsəkdir.

Bir toxunuşla qlobal şirkətlərin səhmlərinin sahibi olun!

Apple,Tesla, Amazon və digər böyük şirkətlərin səhmlərinə rahatlıqla investisiya edin.

abb invest mobile

Ən çox alınan qiymətli kağızlar

abb mobile

Portfelinizdəki səhmləri rahatlıqla idarə edin!

İstənilən zaman portfelinizə daxil olaraq alıb-satdığınız səhmləri və investisiya tarixçənizi izləyə bilərsiniz. ABB mobile ilə yatırım imkanlarından faydalanmağa tələsin!

portfolio

Amerika birjası

Bu widgetdə - günün ən böyük artım və azalma göstəriciləri ilə birlikdə investitorların ən çox marağını çəkən səhmlərin adları yerləşir. Məlumatlar daim yenilənir.

NASDAQ
NYSE

Fond istilik xəritəsi

ABŞ fond birjalarında siyahıya alınmış minlərlə səhmləri bir baxışda qiymətləndirin! Bu widget, səhimləri sahələr, ölkələr və kapitalizasiya dərəcəsi əsasında qruplaşdırmağa kömək edir. Əgər sizin üçün mühüm olan məlumatı bu kateqoriyalar əsasında izləmək və təhlil etmək istəyirsinizsə, bu widget tam da sizin üçün mükəmməl bir seçimdir.

Tez-tez verilən suallar

Hazırda təklif etdiyimiz xidmət ilə ABŞ kapital bazarında ticarət olunan seçilmiş səhmlər və investisiya fondlarının paylarını ticarət etmək mümkündür. Yaxın gələcəkdə hecinq və digər məqsədlər üçün törəmə maliyyə alətləri (fyuçers və opsionlar) ilə də əməliyyat etmək imkanı təklif olunacaq.

ABB Mobile tətbiqi vasitəsi ilə aldığınız qiymətli kağızlar bilavasitə sizin adınıza tərəfdaşımız “DriveWealth LLC” tərəfindən rəsmiləşdirilir. “DriveWealth LLC” ABŞ-da kapital bazarlarına nəzarəti həyata keçirən Qiymətli Kağızlar və Birjalar Komissiyasından (SEC – Securities and Exchange Commission) əldə edilmiş və investisiya şirkəti fəaliyyətinin həyata keçirilməsinə icazə verən xüsusi lisenziya əsasında fəaliyyət göstərir.

ABB İnvestin tərəfdaşlıq etdiyi “DriveWealth LLC” şirkəti ABŞ-da fəaliyyət göstərən və investisiya şirkətlərinin müştərilərinin aktivlərinin qorunması üçün yaradılmış Qiymətli Kağızlar İnvestorlarının Qorunması Korporasiyasının (SIPC - Securities Investor Protection Corporation) üzvüdür. SIPC-in üzvü olan investisiya şirkətlərinin müflisləşməsi nəticəsində müştəri aktivlərinin (müştəri hesablarında saxlanılan qiymətli kağızlar və pul vəsaitləri) $500 000-a qədəri SIPC tərəfindən sığortalanır. Bu sığorta yalnız qiymətli kağızların saxlanılmasına aiddir. SIPC aldığınız qiymətli kağızların bazar dəyərininin düşməsi və ya həmin qiymətli kağızların emitentlərinin müflisləşməsi riskindən qorumur. Siz investisiya edən zaman bu riskləri nəzərə almalısınız.

Səhm səhmdar cəmiyyətləri formasında təsis edilmiş şirkətlərin nizamnamə kapitalında investorun payını ifadə edən qiymətli kağızdır. Siz qeyd olunan şirkətlərin səhmlərini almaqla həmin şirkətlərin səhmdarına çevrilir və bir səhmdar kimi aşağıdakı hüquqları əldə edirsiniz:

a) Şirkətin səhmdarlarının yığıncaqlarında iştirak etmək və bu yığıncaqlarda gündəliyə çıxarılmış məsələlərə səs vermək;
b) Şirkətin səhmdarlarına ödədiyi dividendlərdən sizin payınıza düşən hissəni almaq;
c) Şirkət ləğv edilən zaman bütün borcları ödədildikdən sonra yerdə qalan aktivlərin bölüşdürülməsi nəticəsində sizə düşən payı almaq.

İnvestisiya fondunun payı səhmlərə və digər növ aktivlərə kollektiv investisiyalar məqsədi ilə yaradılmış investisiya fondlarında pay sahibliyini ifadə edən qiymətli kağızdır. İnvestisiya fondların iki əsas növü var:


a) adi (ənənəvi) investisiya fondları (mutual funds);
b) birjada ticarət olunan investisiya fondları (ETF (exchange traded funds) və ya ETN (exchange traded notes).

 


Bu investisiya fondları aktivlərin idarə edilməsi ilə məşğul olan kapital bazarının peşəkar iştirakçıları (şirkətlər və idarəçilər) tərəfindən yaradılır və idarə olunur. İnvestorlar fərdi investisiya portfellərini yaratmaq və idarə etmək əvəzinə müəyyən investisiya siyasətinə əsaslanan investisiya fondunun payını əldə edərək aşağıdakı imkanlardan bəhrələnə bilərlər:


a) İnvestisiya fondlarını idarə edən peşəkar idarəçilərin bilik və təcrübəsindən yararlanmaq;
b) Daha geniş diversifikasiya və hecinq strategiyası hesabına investisiya risklərini minimuma endirmək;
c) İnvestisiya portfellərinin idarə edilməsi ilə bağlı çəkilən tranzaksiya xərclərinə və sərf edilən vaxta qənaət etmək;
d) Kiçik həcmdə investisiya etməklə qiyməti çox olan səhmlərdən və ya digər aktivlərdən ibarət olan, eləcə də peşəkarlar tərəfindən idarə olunan investisiya portfellərində pay əldə etmək.

ADR (American Depository Receipt) digər ölkələrin emitentlərinin qiymətli kağızlarının ABŞ-da ticarətə buraxılması üçün istifadə olunan depozitar qəbzdir. ADR-lər əsasən səhm kimi buraxılır və emitentin yerləşdiyi ölkənin valyutasından asılı olmayaraq ABŞ dollarında denominasiya olunur. Bir ADR xarici emitentin bir və ya bir neçə səhminə sahiblik hüququ verir. Bu barədə məlumat ticarət olunan ADR-in təsvirində öz əksini tapır. ADR-in qiymətinə iki meyar təsir edir:

a) ADR-in əsasını təşkil edən xarici emitentin səhmlərinin həmin ölkədə formalaşan qiyməti;
b) ABŞ dollarının emitentin yerləşdiyi xarici ölkənin milli valyutasına nisbətən məzənnəsi.

Siz ABB Mobile tətbiqi vasitəsi ilə ticarət edərkən bir səhm əvəzinə səhmin müəyyən bir hissəsini də ala bilərsiniz. Məsələn: Apple şirkətinin bir səhminin bazar qiyməti $196,2, sizin hesabınızda olan pul vəsaiti isə $60 məbləğindədir. Siz hesabınızda olan pul vəsaiti qədər Apple səhminin 0,3058 hissəsini əldə edə bilərsiniz ($60 /$196,20 = 0,3058). Hissəvi səhmlərin alışı BUY MARKET, BUY STOP BUY MARKET-IF-TOUCH, satışı isə SELL MARKET, SELL STOPSELL MARKET-IF-TOUCH sifarişinin verilməsi yolu ilə həyata keçirilir. BUY LIMITSELL LIMIT sifarişləri vasitəsi ilə hissəvi səhmlərin müvafiq olaraq alışı və satışı mümkün deyil.

Alış əməliyyatı həyata keçirmək üçün ilk öncə almaq istədiyiniz qiymətli kağızın (səhm və ya investisiya fondunun payı) sizə uyğun olan qiyməti və ya miqdarını müəyyən etməli, eləcə də alış üçün kifayət qədər vəsaitin investisiya hesabınızda olmasını təmin etməlisiniz. İnvestisiya hesabınızı ABB Bank-da sizin adınıza açılmış cari və ya kart hesablarında olan pul vəsaitləri hesabına asanlıqla artıra bilərsiniz. Daha sonra axtarış pəncərəsinə müvafiq səhm və ya investisiya fondu payının (ETF və ya mutual fund) ticarət simvolunu (ticker) daxil etməlisiniz. Almaq istədiyiniz səhm və ya investisiya fondunun payı aşkar edildikdə (ticarət üçün təklif olunan qiymətli kağızlar siyahısında olduqda) siz aşağıdakı sifariş formalarından birini seçməklə alış sistemə alış sifarişinizi yerləşdirə bilərsiz:

  • LIMIT (BUY LIMIT);
  • MARKET (BUY MARKET);
  • STOP (BUY STOP);
  • MARKET-IF-TOUCHED (BUY MARKET-IF-TOUCHED).


Bu sifariş növləri haqqında ətraflı məlumat əldə etmək üçün “SİFARİŞ NÖVLƏRİ HAQQINDA” bölməsinə nəzər yetirin.

Siz yalnız hesabınızda (portfelinizdə) mövcud olan qiymətli kağızın satışını həyata keçirə bilərsiniz. Satış əməliyyatı həyata keçirmək üçün ilk öncə satmaq istədiyiniz qiymətli kağızın (səhm və ya investisiya fondunun payı) sizə uyğun olan miqdarını və ya məbləğini müəyyən etməlisiniz. Daha sonra portfelinizdən satmaq istədiyiniz səhm və ya investisiya fondu payını (ETF, mutual fund) seçərək aşağıdakı sifarişlər formalarından biri vasitəsi ilə sistemə satış sifarişinizi yerləşdirə bilərsiniz:

  • LIMIT (SELL LIMIT);
  • MARKET (SELL MARKET);
  • STOP (SELL STOP);
  • MARKET-IF-TOUCHED (SELL MARKET-IF-TOUCHED).

Bu sifariş növləri haqqında ətraflı məlumat əldə etmək üçün “SİFARİŞ NÖVLƏRİ HAQQINDA” bölməsinə nəzər yetirin.

Bəli. İki növ məhdudiyyət mövcuddur:

 

  • “Pattern Day Trader” məhdudiyyəti; və
  • Satış ilə bağlı hesablaşma müddətinin gözlənilməsi məhdudiyyəti

“Pattern Day Trader” məhdudiyyəti: ABŞ ticarət qaydalarına əsasən əgər investorun (müştərinin) hesabı üzrə aparılan əməliyyatlarda “Pattern Day Trader” əlamətləri aşkar edilərsə, həmin müştərinin alış əməliyyatları 90 gün müddətinə məhdudlaşdırılır. Əgər müştəri 5 ardıcıl ticarət günü ərzində 3 dəfədən artıq “Pattern Day Trader” əməliyyatı yerinə yetirərsə, həmin müştəri “Pattern Day Trader” kimi qeydə alınır və həmin müştərinin alış əməliyyatları 90 gün müddətinə məhdudlaşdırılır. “Pattern Day Trader” məhdudiyyəti yalnız hesabında pul vəsaiti və (və ya) qiymətli kağızlarının bazar dəyəri $25 000-dan az olan müştərilərə şamil edilir. Ticarət günü ərzində alınmış qiymətli kağızın həmin ticarət günü satılması “Pattern Day Trader” əməliyyatı sayılır. Ticarət günü ərzində satılmış qiymətli kağızın həmin ticarət günü yenidən alınması “Pattern Day Trader” əməliyyatı sayılır.

Satış ilə bağlı hesablaşma müddətinin gözlənilməsi məhdudiyyəti. ABŞ-da səhmlərlə ticarət baş verdikdə hesablaşma 3 iş günü ərzində yekunlaşır. Buna baxmayaraq, satış əməliyyatı başa çatdıqdan sonra satışdan əldə edilən pul vəsaiti dərhal sizin investisiya hesabınızda əks olunur. Siz bu vəsaitdən istifadə edərək hesablaşma yekunlaşmadan digər bir qiymətli kağız ala bilər, lakin aldığınız yeni qiymətli kağızı hesablaşma müddəti (3 iş günü) bitənədək sata bilmərsiniz.

Ticarət günləri ABŞ-da iş günü hesab edilən günlərdir.

Ticarət vaxtları – ticarət günü ABŞ birjalarının əsas ticarət sessiyasının açıq olduğu saatlardır. ABŞ birjalarının əsas ticarət sessiyaları Bakı vaxtı ilə 17.30-00.00 (ABŞ EST vaxtı GMT-4 saat ilə səhər 9.30-16.00) açıqdır.

Hazırda birja açılmamışdan öncə (“pre-market”) və sonra (“after-hours”) verilən sifariş gözləmə rejimində qalır və birjanın əsas sessiyası açıldıqda icra edilməyə başlayır. Yaxın gələcəkdə birjanın əsas sessiyasından kənar vaxtlarda da ticarət etmək imkanı yaradılacaq.

İnvestisiya fəaliyyətiniz nəticəsində əldə etdiyiniz gəlirlərin Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb olunub-olunmaması və bəyan edilməsi ilə bağlı hər hansı bir sualınız yaranarsa, Dövlət Vergi Xidməti ilə (qaynar xətt: 195-1) əlaqə saxlamanız tövsiyə olunur. Vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsi isə investorun bir vətəndaş olaraq şəxsi məsuliyyətindədir.

 

Əlavə olaraq bildiririk ki, ABŞ vergi qanunvericiliyinə əsasən, xarici investorların (ABŞ-a münasibətdə) ABŞ bazarında əldə etdiyi dividend gəlirlərinə 30% dərəcəsində vergi tətbiq olunur. Bu vergi, dividend məbləği müştərinin hesabına köçürüldükdən dərhal sonra avtomatik olaraq tutulur.

 

Ümumilikdə, hazırda qüvvədə olan ABŞ vergi qanunvericiliyinə əsasən xarici investorların (ABŞ-a münasibətdə) ETF-lərin və səhmlərin satışından əldə etdiyi gəlirlərə ABŞ tərəfindən vergi tətbiq olunmur. Lakin bəzi hallarda, xüsusilə partnyorluq əsaslı strukturların (məsələn, məhdud partnyorluqlar (limited partnership – LP)) satışı zamanı əldə edilən gəlirə ABŞ tərəfindən vergi tətbiq oluna bilər.

BUY LIMIT – bu sifarişi yerləşdirmək üçün iki parametri müəyyən etməlisiniz: almaq istədiyiniz qiymətli kağızın tam miqdarı (hissəvi alış qəbul edilmir) və maksimal qiyməti (bu qiymət limit qiymət olaraq qəbul edilir). Sifarişiniz sistemə yerləşdirildikdən sonra sifarişin icra alqoritmi almaq istədiyiniz qiymətli kağızın bazar qiyməti ilə müəyyən etdiyiniz limit qiymətini müqayisə edir. Əgər bazarda olan satış sifarişlərinin qiyməti sizin limit qiymətinizə bərabər və ya bu qiymətdən az olarsa, sifarişiniz “ən yaxşı qiymət prinsipi” ilə icra edilir. Alış sifarişlərinə nisbətdə “ən yaxşı qiymət prinsipi” alış sifarişlərinizin qiymət baxımından bazarda mövcud olan ən yaxşı satış qiyməti ilə uzlaşdırılması (müvafiq qiymətlə əqdin bağlanması) prinsipidir.


Nəzərə almalısız ki, BUY LIMIT sifarişi tam və qismən icra edilə və ya ümumiyyətlə icra edilməyə bilər. Sifarişinizin icrası bazarda uyğun qiymətli əks sifarişlərin, yəni satış sifarişlərin olması ilə yanaşı bu əks sifarişlər ilə satılan qiymətli kağızların həcmindən (miqdarından) də asılıdır. Əgər qiymət üzrə uyğun gələn əks sifarişlərin həcmi sizin almaq istədiyiniz həcmdən azdırsa, o zaman alış sifarişiniz natamam icra olunacaq və müvafiq həcmdə və qiymətdə əks sifarişlər əmələ gələnədək gözləmə rejimində qalacaqdır.


Misal 1: BUY LIMIT sifarişinin tam icrası


Sizin Apple Inc. şirkətinin 10 ədəd adi səhmini (ticarət simvolu: AAPL) $180-a almaq niyyətiniz var. Siz miqdar olaraq 10 ədəd, limit qiyməti olaraq isə $180 müəyyən edib sistemə BUY LIMIT sifarişi daxil edirsiz. Həmin an bazarda olan satış sifarişləri aşağıdakılardır:

- $180-a 11 ədəd AAPL səhmləri satılır;

- $179,50-a 2 ədəd ədəd AAPL səhmləri satılır;

- $178-a 1 ədəd ədəd AAPL səhmləri satılır.


Sifarişin icra alqoritmi sizin sifarişinizi aşağıdakı qaydada tam icra edəcək:

- $178-a 1 ədəd AAPL səhmləri alınacaq (1-ci əqd);

- $179,50-a 2 ədəd AAPL səhmləri alınacaq (2-ci əqd);

- $180-a 7 ədəd AAPL səhmləri alınacaq (3-cü əqd).


Sifarişinizin icrası prosesində fərqli qiymətlərlə 3 əqd bağlanacaq və sizin adınıza 10 ədəd AAPL səhmləri alınacaq. Bu əməliyyat nəticəsində komissiyadan əlavə investisiya hesabınızdan $1 797 ($178*1+$179,50*2+$180*7= $1 797) məbləğində pul vəsaiti silinəcəkdir.

Misal 2: BUY LIMIT sifarişinin natamam icrası


Sizin Apple Inc. şirkətinin 10 ədəd adi səhmini (ticarət simvolu: AAPL) $180-a almaq niyyətiniz var. Siz miqdar olaraq 10 ədəd, limit qiyməti olaraq isə $180 müəyyən edib sistemə BUY LIMIT sifarişi daxil edirsiniz. Həmin an bazarda olan satış sifarişləri aşağıdakılardır:

- $181,50-a 13 ədəd AAPL səhmləri satılır;

- $180-a 5 ədəd AAPL səhmləri satılır;

- $179,40-a 3 ədəd AAPL səhmləri satılır.


Sifarişin icra alqoritmi sizin sifarişinizi aşağıdakı qaydada tam icra edəcək:

- $179,40-a 3 ədəd AAPL səhmləri alınacaq (1-ci əqd);

- $180-a 5 ədəd AAPL səhmləri alınacaq (2-ci əqd).


Sifarişinizin icrası prosesində fərqli qiymətlərlə 2 əqd bağlanacaq və sizin adınıza 8 ədəd AAPL səhmləri alınacaq. Bu əməliyyat nəticəsində komissiyadan əlavə investisiya hesabınızdan $1 439 ($179,40*3+$180*5=$1 438,20) vəsait çıxılacaq. Yerdə qalan 2 ədəd AAPL səhmlərinin alınması üçün olan sifariş gözləmə rejimində qalacaq və bazarda $180 və ondan aşağı satış sifarişi əmələ gələnədək icra edilməyəcək.


Misal 3: BUY LIMIT sifarişinin icra edilməməsi


Sizin Apple Inc. şirkətinin 10 ədəd adi səhmini (tiker: AAPL) $180-a almaq niyyətiniz var. Siz miqdar olaraq 10 ədəd limit qiyməti olaraq isə $180 müəyyən edib sistemə BUY LIMIT sifarişi daxil edirsiniz. Bazarda olan satış sifarişləri aşağıdakılardır:

- $184,25-a 12 ədəd AAPL səhmləri satılır;

- $182-a 9 ədəd AAPL səhmləri satılır;

- $181,50-a 18 ədəd AAPL səhmləri satılır.


Bazarda olan satış sifarişlərinin qiymətləri müəyyən etdiyiniz limit qiymətindən ($180) yüksək olduğu üçün sifarişiniz icra edilməyəcək və bazarda limit qiymətinizə uyğun olan satış sifarişi əmələ gələnədək gözləmə rejimində qalacaq.

 

BUY MARKET – bu sifarişi yerləşdirmək üçün almaq istədiyiniz qiymətli kağızın miqdarını (misal üçün  - 10 ədəd) və ya investisiya etmək istədiyiniz məbləği (misal üçün - $1 800) müəyyən etməlisiz. BUY MARKET sifarişi almaq istədiyiniz miqdara və ya investisiya etmək istədəyiniz məbləğə uyğun olaraq bazarda mövcud olan satış sifarişləri ilə “ən yaxşı qiymət” prinsipi əsas götürülməklə icra edilir. Bu cür sifarişlərdə limit qiymət müəyyən edilmədiyi üçün onlar adətən dərhal icra edilir (bir şərtlə ki, bazarda sifarişdə qeyd etdiyiniz miqdara uyğun olaraq kifayət qədər əks sifarişlər, yəni satış sifarişləri mövcud olsun). Dərhal icra edilməsi və “ən yaxşı qiymət” prinsipinin qorunmasına baxmayaraq, BUY MARKET sifarişlərini yerləşdirərkən sifarişin bazar qiymətindən (sifarişin verilmə anı müşhidə olunan bazar qiymətindən) uzaq və sizə əlverişsiz şəkildə icra edilməsi riskinin olmasını nəzərə almalısınız.


Misal: BUY MARKET sifarişinin icrası


Sizin Apple Inc. şirkətinin 10 ədəd adi səhmini (ticarət simvolu: AAPL) almaq niyyətiniz var və bu səhmlərin cari bazar qiyməti $180 ətrafında dəyişir. Siz bu qiymətin uyğun bir qiymət olduğu qənaətindəsiz və təcili sürətdə bu səhmləri almaq istəyirsiz. Siz miqdar olaraq 10 ədəd müəyyən edərək sistemə BUY MARKET sifarişi daxil edirsiniz. Həmin an bazarda olan satış sifarişləri aşağıdakılardır:

- $192-a 15 ədəd AAPL səhmi satılır;

- $181,70-a 6 ədəd AAPL səhmi satılır;

- $180-a 1 ədəd AAPL səhmi satılır.

Sifarişin icra alqoritmi sizin sifarişinizi aşağıdakı qaydada tam icra edəcək:

- $180-a 1 ədəd AAPL səhmi alınacaq (1-ci əqd);

- $181,70-a 6 ədəd AAPL səhmi alınacaq (2-ci əqd);

- $192-a 3 ədəd AAPL səhmi alınacaq (3-cü əqd).


Sifarişinizin icrası prosesində fərqli qiymətlərlə 3 əqd bağlanacaq və sizin adınıza 10 ədəd AAPL səhmləri alınacaq. Bu əməliyyat nəticəsində komissiyadan əlavə investisiya hesabınızdan $1 846,20 ($180*1+$181,70*6+$192*3=$1 846,20) vəsait çıxılacaq.

BUY STOP – bu sifariş növü iki əsas sifariş növünün, yəni LIMIT və MARKET sifarişlərinin xüsusiyyətlərini özündə birləşdirir və daimi əsasda bazar qiymətlərini izləmək istəməyən və ya bunun üçün vaxtı olmayan investorlara müəyyən ticarət strategiyasını icra etməyə şərait yaradır. BUY STOP sifarişi əsasən qiymətli kağızın (səhmin və ya investisiya fondunun payının) qiymətinin artaraq müəyyən həddə çatdıqdan sonra daha da çox artmasını ehtimal edən investorlar tərəfindən istifadə edilir. Qiymətli kağızın bazar qiyməti artaraq hədəf qiymətinə çatdıqda, bu sifariş BUY MARKET sifarişinə çevrilir və BUY MARKET sifarişinin şərtlərinə uyğun olaraq müvafiq qaydada icra edilir.

Misal: BUY STOP sifarişinin icrası

Sizin Apple Inc. şirkətinin 10 ədəd adi səhmini (ticarət simvolu: AAPL) almaq niyyətiniz var. Bu səhmlərin cari bazar qiyməti $180-dır və siz qiymətin bu səviyyədə uzun müddət qalması və ya enməsi riskindən ehtiyat edərək AAPL səhmlərini LIMIT və MARKET sifarişləri ilə cari qiymətə almağa tərəddüd edirsiz. Siz fərz edirsiz ki, AAPL səhmlərinin qiyməti artaraq $185-a çatsa, qiymət artımı davam edəcək və daha yüksək səviyyələrə çatacaq. Bununla belə, sizin AAPL səhmlərinin qiymətini daim izləyərək hədəf qiymətə çatmasını gözləmək və müvafiq əməliyyatı icra etmək üçün vaxtınız yoxdur. Bu halda sistemə BUY STOP sifarişi yerləşdirərək alınacaq səhmlərin miqdarını 10 ədəd və ya dəyərini $1 850, eləcə də hədəf qiymətini ($185) müəyyən etmək kifayətdir. AAPL səhmlərinin qiyməti artaraq $185-a çatdığı təqdirdə sifarişlərin icra alqoritmi sizin adınızdan həmin an BUY MARKET sifarişi yerləşdirəcək və sizin adınıza $185 civarında bazar qiyməti ilə 10 ədəd və ya $1 850 məbləğində AAPL səhmləri alacaq. Bu sifariş sizə məhz $185 və ya ondan daha yaxşı qiymət ilə 10 ədəd AAPL səhmlərinin alınmasına zəmanət vermir. Alqoritm sadəcə bazar qiymətinin $185-a çatmasını gözləyir və bazarda bağlanmış son əqdin qiymətinin $185 olmasını gördükdə, sizin adınızdan BUY MARKET sifarişi yerləşdirir. Bağlanmış əqdlər üzrə faktiki qiymətlər və alınan qiymətli kağızların miqdarı qiymət $185-ə çatanda bazarda olan satış sifarişlərinin qiymətindən və həcmindən asılıdır.

BUY MARKET-IF-TOUCHED – bu sifariş BUY STOP sifarişinə bənzəyir, lakin əsasən qiymətlər enən zaman nisbətən daha aşağı qiymətlə qiymətli kağızların alınması üçün istifadə edilir.  BUY STOP sifarişində olduğu kimi, bu sifarişi də sistemə yerləşdirərkən iki əsas parametri müəyyən etməlisiz: almaq istədiyiniz qiymətli kağızın miqdarı və ya investisiya məbləği, eləcə də hədəf (limit) qiyməti. Qiymətli kağızın bazar qiyməti azalaraq hədəf qiymətinə çatdıqda, bu sifariş BUY MARKET sifarişinə çevrilir və BUY MARKET sifarişinin şərtlərinə uyğun olaraq müvafiq qaydada icra edilir.


Misal: BUY MARKET-IF-TOUCHED sifarişinin icrası

Sizin Apple Inc. şirkətinin 10 ədəd səhmini (ticarət simvolu: AAPL) almaq niyyətiniz var. Bu səhmlərin cari bazar qiyməti $180 təşkil edir və siz qiymətin $175-ə qədər enəcəyini proqnozlaşdırırsınız. Hesab edirsiz ki, AAPL səhmlərinin qiyməti enərək $175-a çatacaq və daha sonra yenidən artım nümayiş etdirəcək. Bu fürsətdən yararlanmaq üçün siz AAPL səhmlərini qiymətini daim izləyərək müəyyən etdiyiniz səviyyəyə ($175) düşməsini gözləməlisiz və ya alternativ olaraq BUY MARKET-IF-TOUCHED sifarişindən istifadə edə bilərsiz. Müəyyən edilmiş parametrlərlə (miqdar – 10 ədəd; hədəf (limit) qiyməti $175) yerləşdirilmiş BUY MARKET-IF-TOUCHED sifarişinin icra alqoritmi AAPL səhmlərinin bazar qiymətini daim izləyərək bu qiymətin $175-a enməsini gözləyir. AAPL səhmlərinin qiyməti $175-a çatdığı təqdirdə, BUY MARKET-IF-TOUCHED sifarişinin icra alqoritmi sizin adınızdan həmin an BUY MARKET sifarişi yerləşdirəcək və sizin adınıza $175 civarında bazar qiyməti ilə 10 ədəd AAPL səhmləri almağa cəhd edəcək. Bu sifariş sizə məhz $175 və ya ondan daha yaxşı qiymət (bu halda daha ucuz qiymətlə) ilə 10 ədəd AAPL  səhmlərinin alınmasına zəmanət vermir. Alqoritm sadəcə bazar qiymətinin $175-a çatmasını gözləyir və bazarda ən yaxşı (yəni ən ucuz) satış sifarişinin qiymətinin $175-a bərəbər olmasını gördükdə, sizin adınızdan BUY MARKET sifarişi yerləşdirir. Bağlanmış əqdlər üzrə faktiki qiymətlər və alınan qiymətli kağızların miqdarı qiymət $175-ə çatanda bazarda olan satış sifarişlərinin qiymətindən və həcmindən asılıdır.

SELL LIMIT – bu sifarişini yerləşdirmək üçün iki parametri müəyyən etməlisiz: satmaq istədiyiniz qiymətli kağızın miqdarı və satışın minimal qiyməti (bu qiymət limit qiyməti olaraq qəbul edilir). Sifarişiniz sistemə yerləşdirildikdən sonra sifarişin icra alqoritmi satmaq istədiyiniz qiymətli kağızın bazar qiyməti ilə müəyyən etdiyiniz limit qiymətini müqayisə edir. Əgər bazarda olan alış sifarişlərinin qiyməti sizin limit qiymətinizə bərabər və ya bu qiymətdən çox olarsa, sifarişiniz “ən yaxşı qiymət prinsipi” ilə icra ediləcək. Satış sifarişlərinə nisbətdə “ən yaxşı qiymət prinsipi” satış sifarişlərinizin qiymət baxımından bazarda mövcud olan ən yaxşı alış qiyməti ilə uzlaşdırılması (müvafiq qiymətlə əqdin bağlanması) prinsipidir.


Nəzərə almalısınız ki, SELL LIMIT sifarişi tam və qismən icra edilə və ya ümumiyyətlə icra edilməyə bilər. Sifarişinizin icrası bazarda uyğun qiymətli əks sifarişlərin, yəni alış sifarişlərin olması ilə yanaşı bu əks sifarişlər ilə alınan qiymətli kağızların həcmindən (miqdarından) də asılıdır. Əgər qiymət üzrə uyğun gələn əks sifarişlərin həcmi sizin satmaq istədiyiniz həcmdən azdırsa, o zaman satış sifarişiniz natamam icra olunacaq və müvafiq həcmdə və qiymətdə əks sifarişlər əmələ gələnədək gözləmə rejimində qalacaqdır.


Misal 1: SELL LIMIT sifarişinin tam icrası

İnvestisiya portfelinizdə 16 ədəd Apple Inc. (ticarət simvolu: AAPL) şirkətinin səhmi mövcuddur. Sizin bu səhmlərdən 10 ədədini ən azı $180-a satmaq niyyətiniz var. Bu halda, siz miqdar olaraq 10 ədəd, limit qiyməti olaraq $180 müəyyən edib sistemə SELL LIMIT sifarişi yerləşdirirsiniz. Həmin an bazarda olan alış sifarişləri aşağıdakılardır:

- $179-a 1 ədəd AAPL səhmləri alınır;

- $180-a 3 ədəd AAPL səhmləri alınır;

- $181,50-a 8 ədəd AAPL səhmləri alınır.

Sifarişin icra alqoritmi sizin sifarişinizi aşağıdakı qaydada tam icra edəcək:

- $181,50-a 8 ədəd AAPL səhmləri satılacaq (1-ci əqd);

- $180-a 2 ədəd AAPL səhmləri səhmləri satılacaq (2-ci əqd).

Sifarişinizin icrası prosesində fərqli qiymətlərlə 2 əqd bağlanacaq və satış nəticəsində investisiya hesabınıza $1 812 ($181,50*8+$180*2=$1 812) vəsait daxil olacaqdır.

Misal 2: SELL LIMIT sifarişinin natamam icrası

İnvestisiya portfelinizdə 16 ədəd Apple Inc. (ticarət simvolu: AAPL) şirkətinin səhmi mövcuddur. Sizin bu səhmlərdən 10 ədədini ən azı $180-a satmaq niyyətiniz var. Bu halda, siz miqdar olaraq 10 ədəd, limit qiyməti olaraq $180-a müəyyən edib sistemə SELL LIMIT sifarişi yerləşdirirsiniz. Həmin an bazarda olan alış sifarişləri aşağıdakılardır:

- $178,40-a 20 ədəd AAPL səhmləri alınır;

- $179-a14 ədəd AAPL səhmləri alınır;

- $180,5-a 7 ədəd AAPL səhmləri alınır.

Sifarişin icra alqoritmi sizin sifarişinizi aşağıdakı qaydada icra edəcək:

- $180.50-a 7 ədəd AAPL səhmləri satılacaq.

Sifarişinizin icrası prosesində cəmi bir əqd bağlanacaq və satış nəticəsində investisiya hesabınıza $1 263,5 ($180,50*7= $1 263,5) vəsait daxil olacaq. Sifarişin icra olunmamış hissəsi (3 ədəd AAPL səhmlərinin satışı üzrə verdiyiniz sifariş) təyin etdiyiniz limit qiymətinə bərabər və ya ondan yüksək qiymətə alış sifarişləri əmələ gələnədək gözləmə rejimində qalacaq. Siz gözləmə rejimində olan sifarişləri ləğv edə bilərsiz.

Misal 3: SELL LIMIT sifarişinin icra edilməməsi

İnvestisiya portfelinizdə 16 ədəd Apple Inc. (ticarət simvolu: AAPL) şirkətinin səhmi mövcuddur. Sizin bu səhmlərdən 10 ədədini ən azı $180-a satmaq niyyətiniz var. Siz miqdar olaraq 10 ədəd, limit qiyməti olaraq $180 müəyyən edib sistemə SELL LIMIT sifarişi yerləşdirirsiniz. Həmin an bazarda olan alış sifarişləri aşağıdakılardır:

- $178,40-a 20 ədəd AAPL səhmləri alınacaq;

- $179-a 14 ədəd AAPL səhmləri alınacaq;

- $179,98-a 7 ədəd AAPL səhmləri alınacaq.

Bazarda olan alış sifarişlərinin qiymətləri müəyyən etdiyiniz limit qiymətindən ($180) aşağı olduğu üçün sifarişiniz icra edilməyəcək və limit qiymətinizə uyğun olan alış sifarişi əmələ gələnədək gözləmə rejimində qalacaq. Siz gözləmə rejimində olan sifarişi ləğv edə bilərsiniz.

 

SELL MARKET – bu sifarişi yerləşdirmək üçün satmaq istədiyiniz qiymətli kağızın miqdarını və ya məbləğini müəyyən etməlisiniz. SELL MARKET sifarişi satmaq istədiyiniz miqdara uyğun olaraq bazarda mövcud olan alış sifarişləri ilə “ən yaxşı qiymət” prinsipi əsas götürülməklə icra edilir. Bu cür sifarişlərdə limit qiymət müəyyən edilmədiyi üçün onlar adətən dərhal icra edilir (bir şərtlə ki, bazarda sifarişdə qeyd etdiyiniz miqdara uyğun olaraq kifayət qədər əks sifarişlər, yəni alış sifarişləri mövcud olsun). Dərhal icra edilməsi və “ən yaxşı qiymət” prinsipinin qorunmasına baxmayaraq SELL MARKET sifarişlərini yerləşdirərkən sifarişin cari bazar qiymətindən uzaq və sizə əlverişsiz şəkildə icra edilməsi riskinin olmasını nəzərə almalısınız.

Misal: SELL MARKET sifarişinin icrası

Portfelinizdə 16 ədəd Apple Inc. (tiker: AAPL) şirkətinin səhmi mövcuddur. Siz AAPL səhmlərinin cari bazar qiymətini nəzərdən keçirir və həmin qiymətlərin sizə əlverişli olması qənaətinə gəlirsiniz. Bu səbəbdən, AAPL səhmlərinizdən 10 ədədini və ya $1,800 dəyərində olan hissəsini bazar qiyməti ilə satmaq niyyətindəsiniz. Siz 10 ədəd miqdarını və ya $1,800 məbləğini müəyyən edərək SELL MARKET sifarişi daxil edirsiniz. Həmin an bazarda olan alış sifarişləri aşağıdakılardır:

- $192-a 15 ədəd AAPL səhmi alınır;

- $181.70-a 6 ədəd AAPL səhmi alınır;

- $180-a 1 ədəd AAPL səhmi alınır.

Sifarişin icra alqoritmi sizin sifarişinizi “ən yaxşı qiymət” prinsinə uyğun olaraq aşağıdakı qaydada tam icra edəcək:

- $192-a 10 ədəd AAPL səhmi satılacaqdır.


Sifarişinizin icrası prosesində 1 əqd bağlanacaq və satış nəticəsində hesabınıza $1,920 ($192x10=$1,920) daxil olacaq.

SELL STOP – bu sifariş iki əsas sifariş növünün, yəni LIMIT və MARKET sifarişlərinin xüsusiyyətlərini özündə birləşdirir və daimi əsasda bazar qiymətlərini izləmək istəməyən investorlara müəyyən ticarət strategiyasını icra etməyə şərait yaradır. SELL STOP sifarişi əsasən qiymətli kağızın (səhmin və ya investisiya fondunun payının) qiymətinin enərək müəyyən həddə çatdıqdan sonra daha çox düşməsini ehtimal edən investorlar tərəfindən itkilələrini məhdudlaşdırmaq məqsədi ilə istifadə edilir. Bu sifarişi yerləşdirərkən iki əsas parametr müəyyən edilməlidir: satmaq istədiyiniz qiymətli kağızın miqdarı, eləcə də hədəf (limit) qiyməti. Qiymətli kağızın bazar qiyməti düşərək hədəf (limit) qiymətinə çatdıqda, bu sifariş SELL MARKET sifarişinə çevrilir və SELL MARKET sifarişinin şərtlərinə uyğun olaraq müvafiq qaydada icra edilir.


Misal: SELL STOP sifarişinin icrası

İnvestisiya portfelinizdə 16 ədəd Apple Inc. (tiker: AAPL) şirkətinin səhmi mövcuddur. Bu səhmlərin cari bazar qiyməti daha yüksək səviyyədən enərək $180-a çatmışdır. Siz qiymətin daha da kəskin enməsindən ehtiyat edirsiz və mümkün itkilərinizi bazar qiyməti $175-a enənə qədər məhdudlaşdırmaq istəyirsiz.  Siz fərz edirsiz ki, AAPL səhmlərinin qiyməti daha da enərək $175-a çatsa, qiymət daha da aşağı enəcəkdir. Bununla belə, sizin AAPL səhmlərinin qiymətini daim izləmək və qiymət $175-a çatdıqda satış sifarişi vermək imkanınız yoxdur. Bu halda sistemə SELL STOP sifarişi yerləşdirərək satılacaq səhmlərin miqdarını (16 ədəd) və hədəf (limit) qiymətini ($175) müəyyən etmək kifayətdir. AAPL səhmlərinin qiyməti düşərək $175-a çatdığı təqdirdə, sifarişlərin icra alqoritmi sizin adınızdan həmin an SELL MARKET sifarişi yerləşdirəcək və sizin 16 ədəd AAPL səhmləriniz $175 civarında bazar qiyməti ilə satılacaqdır. Bu sifariş sizə məhz $175-a və ya ondan daha yaxşı qiymətə 16 ədəd AAPL səhmlərinin satılmasına zəmanət vermir. Alqoritm sadəcə bazar qiymətinin $175-a enməsini gözləyir və bazarda ən son bağlanmış əqdin qiymətinin $175 olmasını gördükdə, sizin adınızdan SELL MARKET sifarişi yerləşdirir. Bağlanmış əqdlər üzrə faktiki qiymətlər və alınan qiymətli kağızların miqdarı qiymət $175-ə düşəndə bazarda olan satış sifarişlərinin qiymətindən və həcmindən asılıdır.

SELL MARKET-IF-TOUCHED – bu sifariş SELL STOP safarişinə bənzəyir, lakin əsasən qiymətlər yüksələn zaman portfeldə olan qiymətli kağızları əlverişli qiymətə sataraq  qiymət fərqindən yaranan mənfəətin reallaşdırılması üçün istifadə edilir.  MARKET-IF-TOUCHED sifarişi daxil edilərkən iki əsas parametr müəyyən edilməlidir: satmaq istədiyiniz qiymətli kağızın miqdarı, eləcə də hədəf (limit) qiyməti. Bazar qiyməti yüksələrək hədəf (limit) qiymətinə çatdıqda bu sifariş SELL MARKET sifarişinə çevrilir və SELL MARKET sifarişinin şərtlərinə uyğun olaraq müvafiq qaydada icra edilir.

Misal: SELL MARKET-IF-TOUCHED sifarişinin icrası

Portfelinizdə 16 ədəd Apple Inc. (tiker: AAPL) şirkətinin səhmi mövcuddur. Hazırda səhmlərin cari bazar qiyməti $180-dır və siz qiymətin cari səviyyədədən $185 səviyyəsinə yüksəlməsini ehtimal edirsiniz, lakin bazarı daim izləmək və qiymət $185-a çatdıqda satış sifarişi vermək imkanınız yoxdur. Bu halda satmaq istədiyiniz miqdarı  (16 ədəd) və hədəf (limit) qiyməti $185 müəyyən edərək, sistemə SELL MARKET-IF-TOUCHED sifarişi daxil edirsiniz. AAPL-ın bazar qiyməti yüksələrək $185-a çatdıqda, sifarişlərin icra alqoritmi sizin adınızdan SELL MARKET sifarişi yerləşdirəcək və $185 civarında 16 ədəd AAPL səhmlərini bazar qiyməti ilə satacaq. Bu sifariş sizə məhz $185 və ya ondan daha yaxşı qiymət ilə 16 ədəd AAPL səhmlərinin satılmasına zəmanət vermir. Alqoritm sadəcə bazar qiymətinin $185-a çatmasını gözləyir və bazarda ən yaxşı alış sifarişinin $185-a bərabər və ya ondan yuxarı olmasını gördükdə, sizin adınızdan SELL MARKET sifarişi yerləşdirir.

 

Siz yalnız gözləmə rejimində olan (icra edilməmiş) sifarişləri ləğv edə bilərsiniz. İcra edilmiş sifarişlər ləğv edilə bilməz. Nəzərə alın ki, BUY MARKET və SELL MARKET sifarişləri əksər hallarda dərhal icra edilir və bu səbəbdən siz bu sifarişləri sistemə daxil etdikdən sonra ləğv edə bilməyəcəksiniz.

Təqdim etdiyiniz sifarişlər 90 gün ərzində ticarət sistemində qalır və icra edilmədikdə ləğv edilir.  Siz icra edilməmiş sifarişi 90 gün bitməmiş ləğv edə bilərsiz.

“Gün içi ticarət” – eyni qiymətli kağızın eyni ticarət günü ərzində alınması və daha sonra satılması deməkdir.

Məsələn:
Saat 10:00 – Apple (AAPL) alırsınız
Saat 15:00 – Apple (AAPL) satırsınız → 1 gün içi ticarət

Əgər 5 ardıcıl ticarət günü ərzində 4 və ya daha çox gün içi ticarət əməliyyatı etsəniz, hesabınıza “Gün İçi Ticarətçi” (Pattern Day Trader – PDT) statusu tətbiq olunacaq.

Hesabda 25 000 ABŞ dollarından az aktiv olduqda, gün içi ticarət qadağan olunur. Lakin, bu halda ticarət bloklanmır, yalnız alış etidiyiniz qiymətli kağızın eyni gün satışana icazə verilmir.  Məhdudiyyətlər həmin günün sonunda avtomatik tətbiq olunur və aktiv bərpa edilərsə növbəti gün avtomatik ləğv olunur.

 Bu məbləğ hesabda olan ümumi aktivlərə (nağd pul + qiymətli kağızlar) əsasən hesablanır.

Əgər balansınız növbəti günün sonuna qədər 25 000 ABŞ dolları keçərsə, ertəsi ticarət günündən etibarən gün içi ticarətə davam edə bilərsiniz.

Hesabınızda artıq PDT (“Gün içi ticarətçi”) statusu varsa və siz gün içi ticarət etməyə cəhd etsəniz, sifarişiniz avtomatik ləğv ediləcək. Sistem sizə xəbərdarlıq və səbəb mesajı göstərəcək.

Məsələn: Siz səhər TSLA alırsınız → günortadan sonra satmağa cəhd edirsiniz. Əgər PDT məhdudiyyətiniz varsa, bu sifariş qəbul edilmir və sizə "Day Trade Rejection" mesajı göstərilir.

  ABB mobile tətbiqi üzərindən və ya dəstək komandası ilə əlaqə saxlayaraq, hesabınızın son gün içi əməliyyatlarını və statusunu öyrənə bilərsiniz.

Nümunə A:

09:30 – 250 ədəd ABC alışı,

09:31 – 250 ədəd ABC alışı,

13:00 – 500 ədəd ABC satışı.

Müştəri bir ədəd “Gün içi ticarət” əməliyyatı həyata keçirmişdir.

Nümunə B:

09:30 – 100 ədəd ABC alışı,

09:31 – 100 ədəd ABC satışı,

09:32 – 100 ədəd ABC alışı,

13:00 – 100 ədəd ABC satışı.

Müştəri iki ədəd “Gün içi ticarət” əməliyyatı həyata keçirmişdir.

Nümunə C:

09:30 – 500 ədəd ABC alışı,

13:00 – 100 ədəd ABC satışı,

13:01 – 100 ədəd ABC satışı,

13:03 – 300 ədəd ABC satışı.

Müştəri bir ədəd “Gün içi ticarət” əməliyyatı həyata keçirmişdir.

Nümunə D:

09:30 – 250 ədəd ABC alışı,

09:31 – 300 ədəd ABC alışı,

13:01 – 100 ədəd ABC alışı,

13:02 – 150 ədəd ABC satışı,

13:03 – 175 ədəd ABC satışı.

Müştəri bir ədəd “Gün içi ticarət” əməliyyatı həyata keçirmişdir.

Nümunə E:

09:30 – 199 ədəd ABC alışı,

09:31 – 142 ədəd ABC alışı,

13:00 – 1 ədəd ABC satışı,

13:01 – 45 ədəd ABC alışı,

13:02 – 100 ədəd ABC satışı,

13:03 – 200 ədəd ABC satışı.

Müştəri iki ədəd “Gün içi ticarət” əməliyyatı həyata keçirmişdir.

Nümunə F:

09:30 – 200 ədəd ABC alışı,

09:30 – 100 ədəd XYZ alışı,

13:00 – 100 ədəd ABC satışı,

13:00 – 100 ədəd XYZ satışı.

Müştəri iki ədəd “Gün içi ticarət” əməliyyatı həyata keçirmişdir.

Qeyd:

Bir qiymətli kağızın əvvəlcə satılması və eyni ticarət günü ərzində təkrar alınması günlük ticarət hesab olunmur.

Uzadılmış ticarət saatları – əsas bazar saatlarından əvvəl (pre-market) və sonra (after-hours) səhmlərlə ticarət etməyə imkan verən əlavə ticarət müddətləridir. Bu saatlarda baş verən xəbərlərə daha sürətli reaksiya vermək, qiymət dəyişikliklərindən daha tez faydalanmaq mümkündür.

ABB mobile vasitəsilə ABŞ birjalarında (NYSE, NYSE National, NYSE American, NYSE Arca, NASDAQ) ticarət aşağıdakı saatlarda üzrə aparılır:

Ticarət sessiyası (Azərbaycan vaxtı ilə)

Əsas sessiyadan əvvəl (“pre-market”) - 12:00 – 17:30  
Əsas sessiya - 17:30 – 00:00  
Əsas sessiyadan sonra (“after-hours”) - 00:00 – 04:00


Hazırda uzadılmış saatlarda yalnız ABŞ birjalarında likvidliyi yüksək olan səhmlər (Apple, Tesla, Nvidia, Amazon və s.) ilə ticarət mümkündür. Bütün səhmlər uzadılmış saatlarda mövcud olmaya bilər – uyğun olanlar sifariş yerləşdirilərkən göstəriləcəkdir.

  1. Xəbərlərə çevik reaksiya – Məsələn, maliyyə hesabatları əsasən əsas ticarət sessiyası bitdikdən sonra açıqlanır.
  2. Ticarət fürsətləri artır – Gün içi vaxtda məşğul olanlar üçün əlavə seçim.
  3. Portfel idarəçiliyində rahatlıq – Dəyər dəyişikliklərinə vaxtında müdaxilə imkanı.

Uzadılmış saatlarda ticarət müəyyən risklər də daşıyır:

  • Likvidlik aşağı ola bilər – Alıcı və satıcı sayı azdır.
  • Qiymət dəyişkənliyi yüksəkdir – Bazarda olan alış və satış sifarişlərinin qiymətləri (“bid” və “ask”) daha geniş ola bilər.
  • Bütün sifariş növləri dəstəklənmir – Yalnız limit sifarişlər icra edilə bilər.
  • Bazarda likvidlik az olur – Böyük həcmdə alış/satış sifarişləri natamam icra edilə bilər.

ABB mobile vasitəsilə uzadılmış ticarət saatlarında yalnız “limit” sifarişləri qəbul olunur.” “Bazar” (“market”) sifarişləri yalnız əsas ticarət saatlarında istifadə edilə bilər.

Hər sifariş yerləşdirən zaman ekranın alt hissəsində “Uzadılmış ticarət” düyməsini aktivləşdirməklə  sifarişin həmin günü uzadılmış ticarət saatlarında icrasını təmin etmək mümkündür.

Bəli. Bu saatlarda da qiymətlər birbaşa ABŞ birjalarından (NYSE, NYSE National, NYSE American, NYSE Arca, NASDAQ) real vaxtda alınır. Lakin uzadılmış saatlarında bazar iştirakçılarının sayı daha az olduğundan, bazarda olan alış və satış sifarişləri arasında qiymət fərqi (“spread”) standart ticarət saatlarından fərqli olaraq daha geniş ola bilər.

Əsas ticarət sessiyasında olduğu kimi, uzadılmış ticarət saatlarında verilmiş sifarişlər dərhal fond birjasına göndərilir və müvafiq qaydada icra olunur. Lakin, uzadılmış ticarət saatlarında likvidliyin az olduğu nəzərə alınaraq, sifarişin natamam icra oluna bilər.

Xeyr.

Yeni başlayan investorlar üçün əsas ticarət saatlarında ticarət etmək daha məqsədəuyğundur

Səhmi seçdikdə, əgər o uzadılmış saatlarda ticarətə açıqdırsa, uyğun ticarət vaxtları göstəriləcək və siz limit sifariş yerləşdirə biləcəksiniz.

ABB Mobile tətbiqi üzərindən qiymətli kağızların alışı və satışı üzrə komissiyalar müvafiq olaraq alınan və satılan qiymətli kağızın bazar dəyərindən asılıdır.

Ticarət üçün iki tarif planı təklif olunur: “Treyder” və “İnvestor”.

 

“Treyder” tarif planı üzrə komissiyalar aşağıdaki kimidir:

Bazar dəyəri $5-dan yuxarı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar aşağıdakı kimidir:

  • Alış/satış əməliyyatı üçün - Alınan/Satılan qiymətli kağızların dəyərinin 0,40%-i qədər. Əgər bu qaydada hesablanmış komissiya $1-dan azdırsa, o zaman komissiya $1, əgər hesablanış komissiya $100-dan çoxdursa, o zaman komissiya $100 tətbiq ediləcək.

 

Bazar dəyəri $5-dan aşağı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar aşağıdakı kimidir:

  • Alış/satış əməliyyatı üçün - Alınan/Satılan hər bir qiymətli kağıza görə $0,02. Əgər bu qaydada hesablanmış komissiya $0,30-dan azdırsa, o zaman komissiya $0,30 olacaq və investisiya hesabınızda olan pul vəsaitindən çıxılacaqdır. Bu cür qiymətli kağızlar üzrə komissiyanın maksimal həddi məhdudlaşdırılmır.

 

“İnvestor” tarif planı üzrə komissiyalar aşağıdaki kimidir:

Bazar dəyəri $5-dan yuxarı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar aşağıdakı kimidir:

  • Alış/satış əməliyyatı üçün - Alınan/Satılan qiymətli kağızların dəyərinin 0,25%-i qədər. Əgər bu qaydada hesablanmış komissiya $3-dan azdırsa, o zaman komissiya $3, əgər hesablanış komissiya $25-dan çoxdursa, o zaman komissiya $25 tətbiq ediləcək.

 

Bazar dəyəri $5-dan aşağı olan səhmlər və investisiya fondlarının payları (ETFs, mutual funds) üçün komissiyalar aşağıdakı kimidir:

  • Alış/satış əməliyyatı üçün - Alınan/Satılan hər bir qiymətli kağıza görə $0,02. Əgər bu qaydada hesablanmış komissiya $0,30-dan azdırsa, o zaman komissiya $0,30 olacaq və investisiya hesabınızda olan pul vəsaitindən çıxılacaqdır. Bu cür qiymətli kağızlar üzrə komissiyanın maksimal həddi məhdudlaşdırılmır.

 

Hesab açılışı zamanı bütün müştərilərə "Treyder" tarifi tətbiq edilir.

Tarif planını dəyişmək üçün “Mənim portfelim” bölməsində yerləşən “TREYDER” düyməsini klikləyin. Nəzərə alın ki, tarif planı yalnız 30 (otuz) gündə bir dəfə dəyişdirilə bilər.


Alış komissiyaları:


Qiymətli kağızın alışı zamanı hesablanmış komissiya investisiya hesabınızda olan pul vəsaitindən akseptsiz (avtomatik) qaydada silinir. Əgər alış əməliyyatı zamanı investisiya hesabınızda olan pul vəsaitləri hesablanmış komissiya və alış məbləğinin cəminin ödənilməsi üçün kifayət etmirsə, o zaman alış sifarişinizin verilməsinə məhdudiyyət qoyulacaq. Alış məbləğini azaldaraq və ya hesabınızı artıraraq alış əməliyyatını tamamlaya bilərsiniz.

 

Satış komissiyaları:

Satış əməliyyatı zamanı komissiya satış əməliyyatı nəticəsində əldə edilmiş vəsait hesabına ödəniləcək. Satışdan yaranan və ya hesabınızda olan qalıq pul vəsaiti satış əməliyyatı üzrə hesablanmış komissiyanın ödənilməsi üçün kifayət etmirsə, o zaman sifarişiniz qəbul edilməyəcək.

İnvestisiya hesabı qiymətli kağızlarla aparılan əməliyyatlarınızın uçotu üçün istifadə edilən hesabdır. Bu hesab sizə ABB-İnvest və eyni zamanda ABŞ-da yerləşən tərafdaşımız olan “DriveWealth LLC” tərəfindən açılır. İnvestisiya hesabı aşağıdakı məqsədlər üçün istifadə edilir:

- Hesabda saxlanılan qiymətli kağızlar və pul vəsaitlərinizin uçotu;

- Qiymətli kağızlar üzrə sizə köçürülən dividend və digər ödənişlərin uçotu;

- Azad pul vəsaitləriniz üzrə sizə edilən faiz ödənişlərinin uçotu;

- İnvestisiya hesabınıza mədaxil və məxaric etdiyiniz pul vəsaitlərinin uçotu.

ABB Mobile tətbiqi vasitəsi ilə ABB Bank-da olan bank hesablarınızdan (kart və ya cari hesab) investisiya hesabınıza asanlıqla pul vəsaiti köçürə bilərsiniz. Qeyd edək ki, AZN və ya digər valyutada olan hesabınızdan köçürülən pul avtomatik olaraq ABŞ dollarına konvertasiya edilir və investisiya hesabınıza ABŞ dolları olaraq mədaxil edilir. Köçürdüyünüz pul vəsaiti dərhal investisiya hesabınızda əks olunacaq. İnvestisiya hesabınıza köçürülən pul vəsaitinin yuxarı həddi gündəlik 50 000 manat və ya bu məbləğin xarici valyutada ekvivalenti, aylıq isə 150 000 manat və ya bu məbləğin xarici valyutada ekvivalenti qədər məhdudlaşdırılır. 

Xeyr. Hazırda yalnız ABB Bankda açılmış kart və cari hesablarınızdan investisiya hesabınıza pul köçürə bilərsiniz. Yaxın zamanda digər banklarda açılmış hesablardan da investisiya hesabınıza pul köçürmək mümkün olacaqdır.

İnvestisiya hesabınızda olan pul vəsaiti iki hissəyə bölünür: ticarət üçün balans və məxaric üçün balans. Siz yalnız məxaric üçün balansda əks olunan pul vəsaitlərini ABB Bank-da olan bank hesablarına (kart hesabı və ya cari hesab) köçürə bilərsiniz. Əgər siz pul vəsaitlərini AZN və ya digər valyutada olan bank hesabınıza köçürmək istəyirsinizsə, köçürüləcək məbləğ avtomatik olaraq müvafiq valyutaya konvertasiya ediləcəkdir. İnvestisiya hesabından məxaric etdiyiniz pul vəsaiti dərhal sizin bank hesabınızda əks olunacaq. İnvestisiya hesabınızdan məxaric edilən pul vəsaitinin yuxarı həddi gündəlik 50 000 manat və ya bu məbləğin xarici valyutada ekvivalenti, aylıq isə 150 000 manat və ya bu məbləğin xarici valyutada ekvivalenti qədər məhdudlaşdırılır.

Xeyr. Hazırda investisiya hesabınızdan yalnız ABB Bankda açılmış kart və cari hesablarınıza pul köçürə bilərsiniz. Yaxın zamanda digər banklarda açılmış hesablara da pul köçürmək mümkün olacaqdır.

İnvestisiya hesabınızdan olan qiymətli kağızların satışından əldə olunan pul vəsaitləri dərhal sizin investisiya hesabınızın “ticarət balansı”nda əks olunur. “Ticarət balansı”nda əks olunan pul vəsaitləri ilə alış əməliyyatları həyata keçirmək mümkün olsa da, bu vəsaitləri dərhal məxaric etmək olmur. Bu vəsaitlər satış əməliyyatı həyata keçirildikdən 2 iş günü ərzində “məxaric balansı”nda əks olunur və bu andan sonra məxaric edilə bilər. “Məxaric balansı”ndan köçürdüyünüz pul vəsaitləri bank hesablarınızda (kart və ya cari hesab) dərhal əks etdirilir.

Dividendlər: İnvestisiya hesabınızda olan qiymətli kağızlar üzrə sizə vaxtaşırı dividend ödənişləri edilə bilər. Ödənilmiş dividendlər investisiya hesabınızın qalığını artırır. Digər pul vəsaitləri kimi siz dividend formasında ödənilmiş pul vəsaitlərini investisiya hesabızda saxlaya və ya bank hesabınıza məxaric edə bilərsiniz.

Faiz ödənişləri: İnvestisiya hesabınızda olan azad (istifadə edilməmiş) vəsaitləriniz tərəfdaşımız “DriveWealth LLC” tərəfindən  ABŞ-ın seçilmiş banklarında qısa müddətli depozitlərə yerləşdirilə bilər. Yerləşdirilmiş depozitlərdən əldə edilən faiz ödənişlərinin bir hissəsi sizin investisiya hesabınıza ödənilir və  investisiya hesabınızın qalığını artırır. Digər pul vəsaitləri kimi, siz faiz olaraq ödənilmiş pul vəsaitlərini investisiya hesabınızda saxlaya və ya bank hesabınıza məxaric edə bilərsiniz. Bank depozitlərinə yerləşdirilmiş vəsaitlər ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiyası (FDIC – Federal Deposit Insurance Corporation) tərəfindən sığortalanır.