Dövlət qiymətli kağızlar

Dövlət qiymətli kağızları və Mərkəzi Bank notları Bakı Fond Birjasında ən böyük ticarət həcminə sahib maliyyə alətləridir.

Mənə maraqlıdır

İstiqrazlar haqqında məlumat

Bakı Fond Birjasında Dövlət istiqrazların yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur.  BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak ABB-İnvest vasitəsi ilə həyata keçirilir. İstiqraz alışı ilə bağlı yardıma ehtiyacınız varsa, ABB-İnvestin peşəkar mütəxəssisləri sizə lazımi dəstəyi göstərməyə hər zaman hazırdır.

Dövlət qiymətli kağızları Bakı Fond Birjasında ən böyük ticarət həcminə sahib maliyyə alətləridir.

Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları tədavül müddətinə görə qısamüddətli (1 ay, 3 ay, 6 ay və 1 il), orta müddətli (2 il və 3 il) və uzun müddətli (5 il və daha artıq) ola bilər. Bu dövlət qiymətli kağızları dövlətin daxili borclanma aləti olmaqla, büdcə kəsrinin maliyyələşməsi məqsədi ilə buraxılır. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.

1 il
2 il
3 il
5 il
7 il

Mərkəzi Bank notları haqqında məlumat

Bakı Fond Birjasında Mərkəzi Bankın notlarının yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur.  BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak ABB-İnvest vasitəsi ilə həyata keçirilir. İstiqraz alışı ilə bağlı yardıma ehtiyacınız varsa, ABB-İnvestin peşəkar mütəxəssisləri sizə lazımi dəstəyi göstərməyə hər zaman hazırdır.

Mərkəzi Bank notları Bakı Fond Birjasında ən böyük ticarət həcminə sahib maliyyə alətləridir.

Mərkəzi bankın notları isə 28, 84, 168 və 252 günlük olmaqla ticarətə buraxılır və təyinatına görə Mərkəzi bank tərəfindən pul kütləsinin tənzimlənməsi (sterilizasiyası) aləti kimi istifadə olunur. Buraxılış xüsusiyyətlərinə görə notlar istiqrazlarla eyni kateqoriyaya aid edilir və istiqraz forması olaraq diskontlu istiqraz kimi tədavülə buraxılır. Yəni tədavül müddətinin sonunda emitent tərəfindən investora istiqrazın nominal qiymətlə tam həcmi ödənilir.

 

28 günlük
84 günlük
168 günlük
252 günlük

İstiqrazların hərracı

Bakı Fond Birjasında keçirilən dövlət istiqrazların hərracında kimlər iştirak edə bilər bilirsinizmi? Bu hərraclarda hüquqi şəxslər ilə yanaşı fiziki investorlar da iştirak edə bilər və onu da qeyd edək ki, bu zaman sifarişlərin qəbulu yalnız 10:00-dan 11:00-a kimi davam edir.

Gəlirlik kalkulyatoru

Müddəti seçin

Valyutanı seçin

Müraciət et

İllik faiz dərəcəsi

0

Hesablanan faiz məbləği

0

Aşağı riskli qiymətli kağızlar

Risk dərəcəniz minimum, mənfəətiniz isə maksimum olsun.

Stabil qazanc

Enişlərə məruz qalmadan davamlı stabil qazanc əldə edin.

Yüksək likvidlik

Aktivlərinizin likvidliyi Dövlət borc kağızları ilə daima yüsəkdir.