23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002004581 |
|
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu / forması |
Kütləvi / Rəqabətli |
|
İstiqrazların sayı |
1,000,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
100,000,000 manat |
|
İllik gəlirlilik faizi |
11% |
|
Ödəmə periodu |
ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir |
|
Tədavül müddəti |
2 il |
|
Ticarətə buraxılma tarixi |
24.12.2024 |
|
Anderrayter |
“ABB-İnvest İ.Ş.” QSC |