Missiya

Qabaqcıl təcrübə və yeniliklərə əsaslanaraq maliyyə alətlərini hər kəs üçün əlçatan etməkdir.

Srategiya

Müştərilərimizə üstün keyfiyyətli xidmət göstərməklə ölkənin aparıcı investisiya şirkəti olmaqdır.

Baxış

Etibarlı və yüksək peşəkarlığa malik komanda ilə kapital bazarlarında bir nömrəli seçimə çevrilməkdir.

“ABB – İnvest” İnvestisiya Şirkəti Azərbaycanın kapital bazarında ən böyük investisiya şirkətlərindən biridir. Şirkətimiz pərakəndə və korporativ müştərilərə investisiya xidmətlərinin tam spektrini təqdim edir. Müştərilərimizə ən yaxşı investisiya həllərini təqdim etmək "ABB-İnvest" -in əsas missiyasıdır.

Şirkət Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə və Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyasına üzvdür.

“ABB” Açıq Səhmdar Cəmiyyətinin 100%-li törəmə şirkəti olan ABB İnvest 2020-ci ildə 300 000 AZN-lik səhmdar kapitalı ilə yaradılıb. Hazırda nizamnamə kapitalı 3 000 000 AZN-ə çatdırılıb.

ABB 1992-ci ilin 10 yanvarında fəaliyyətə başlayıb. Bankın Baş ofisi Bakıda yerləşir. Aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə ABB hazırda Cənubi Qafqaz regionunun ən aparıcı banklarındandır. Azərbaycanın müxtəlif regionlarını əhatə edən filial və şöbələri ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir.