İstiqraz - emitentin istiqraz sahiblərinə borclu olduğunu və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc adlı sənədsiz investisiya qiymətli kağızdır.
İstiqrazlar üzrə gəlirlər buraxılışın növündən asılı olaraq faiz (kupon), diskont və qarışıq (həm faiz, həm də diskont) formada investorlara ödənilə bilər. Bir qayda olaraq qısa müddətli istiqrazlar əsasən diskontlu orta və uzun müddətli istiqrazlar isə faizli buraxılır.
Qanunvericiliyə əsasən istiqrazlar yalnız sənədsiz adlı formada buraxılır.
İstiqrazlar təminatlı və təminatsız ola bilər.
Təmin edilmiş istiqrazlar – onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır.
BFB-də istiqrazların yerləşdirilməsi və təkrar bazar əməliyyatları təşkil olunur. İstiqrazların ticarətə buraxılması üçün ilk növbədə həmin qiymətli kağızlar BFB-də listinqdən keçməlidir.
İstiqrazların kütləvi təklif qaydasında yerləşdirilməsi fond birjası vasitəsi ilə həyata keçrilir. Qiymətli kağızların kütləvi təklifi emissiya prospekti ilə müşayiət olunur. Emissiya prospektinə və onun tərtib olunmasına dair tələblər Nəzarətedici orqan tərəfindən müəyyən edilir.
İstiqrazların təkrar bazarı artıq yerləşdirilmiş tədavüldə olan istiqrazlar üzrə təşkil olunur.
BFB-də qiymətli kağızların əldə edilməsi və BFB tərəfindən təşkil edilmiş bazarlarda iştirak ABB-İnvest vasitəsi ilə həyata keçirilir. Bunun üçün bizə müraciət etmək kifayyətdir!