Twitter işə qəbul üzrə startap Laskie-ni satın alıb.
Bu barədə çərşənbə axşamı Axios portalı məlumat yayıb.
Əməliyyatın qiyməti barədə məlumat verilmir, lakin portalın mənbəsinə görə söhbət “on milyonlarla” dollardan gedir. Eyni zamanda, Twitter alış üçün pulla deyil, həm də qiymətli kağızlarla ödəniş edib.
Twitter sözçüsü "Axios"un şərh istəməsinə cavab verməyib.
İşə qəbulla bağlı yardım startapı Laskie 2021-ci ildə Chris Buckey tərəfindən təsis edilib. Yarandığı gündən şirkət 6 milyon dollara yaxın maliyyə vəsaiti toplayıb.