Ödənişli abunə olan Twitter Blue-nun satışını bərpa edilib

Twitter Blue ilə hesablar axtarışlarda, qeydlərdə və şərh siyahılarında daha yüksək görünəcək

Hesablara mavi işarə yerləşdirməyə imkan verən Twitter Blue abunəsinin satışı bərpa edilib.

"Biz qayıtdıq! Twitter Blue indi ayda 8 dollara və ya iOS-da ayda 11 dollar ödəməklə əlçatandır. Biz bəzi yeniləmələr və təkmilləşdirmələr etdik", - Twitter-in postunda deyilir.