Neft qiymətləri OPEC+ görüşünə dair xəbərlər ilə yüksəlir

Çərşənbə günü günortadan sonra dünya birjalarında neft qiymətlərinin artım tempi 2,5%-i keçib. İnvestorlar ABŞ Energetika Nazirliyindən bu xammalın ehtiyatları ilə bağlı həftəlik statistik məlumat gözləyərkən, OPEC+-ın gələcək siyasətini də qiymətləndirirlər.

Bakı vaxtı ilə saat 15.27-yə olan məlumata görə, Brent markalı neftin fevral fyuçerslərinin qiyməti 2,7% artaraq 85,29 dollar/barelə, WTI markalı neftin yanvar fyuçersləri 26% artaraq 80,27 dollar/barelə çatıb. 

Treyderlərin diqqəti OPEC+ görüşü ilə bağlı xəbərlərə yönəlib. RİA Novosti-yə vəziyyətlə tanış olan mənbə bildirib ki, Alyansın texniki monitorinq komitəsinin iclası daxil bütün iclasların onlayn keçiriləcəyi gözlənilir.

KİV-in məlumatına görə, görüşlərin videokonfrans vasitəsilə keçirilməsi qərarı OPEC+-ın neft sazişinin parametrlərində dəyişiklik planlaşdırmaması ilə əlaqədardır.

Çərşənbə günü axşam ABŞ-ın Energetika Nazirliyi noyabrın 25-dək olan həftə ərzində ölkədəki kommersiya neft ehtiyatlarında dəyişikliklərlə bağlı məlumatları açıqlayacaq. Analitiklər 2,8 milyon azalma gözlədiyi halda, çərşənbə gecəsi Amerika Neft İnstitutu (API) 7,9 milyon azalma təxmin etdiyini bildirib.


Mənbə: marja.az