Fransanın süd məhsulları istehsalçısı "Danone S.A." şirkətinin maliyyə hesabatlarına görə, ötən il şirkətin xalis mənfəəti 1,5 dəfə azalaraq 959 milyon avro təşkil edib.
Səhmbaşına mənfəət 2022-ci ildəki 2,94 avrodan 1,48 avroya geriləyib. Şirkətin əməliyyat mənfəəti illik müqayisədə 5% azalaraq 2 milyard 143 miylon avro təşkil edib.
Ötən il Danone-nin satışları 13,9% artaraq 27 milyard 661 milyon avro təşkil edib.
Şirkətin Avropada satışları il ərzində 5,2% artaraq 8 milyard 773 milyon avroya, Şimali Amerikada 20,6% artaraq 6 milyard 712 milyon avroya, Çin, Şimali Asiya və Okeaniyada 14% artaraq 3 milyard 428 milyon avroya, Dünyanın qalan ölkələrində isə 18,7% artaraq 8 milyard 748 milyon avroya yüksəlib.
2022-ci ilin dördüncü rübünün nəticələrinə görə, Danone satışlarını illik müqayisədə 12,3% artıraraq 7 milyard 7 miylon avroya çatdırıb.
Fransa şirkəti Danone 1919-cu ildə yaradılıb. Şirkət dünyanın 140-dan çox ölkəsində fəaliyyət göstərir. Oktyabr ayında Fransa şirkəti Rusiyada süd və bitki məhsullarının istehsalına nəzarəti ötürməyi planlaşdırdığı və 1 milyard avroya qədər itki ola biləcəyi bildirilmişdi.
Mənbə: marja.az