ABŞ-ın onlayn pərakəndə satış şirkəti Amazon Böyük Britaniyadakı üç anbarını bağlayacaq, bu, 1200 iş yerinə təsir edəcək.
İngiltərənin Hemel Hempstead və Doncaster şəhərlərində, eləcə də Şotlandiyanın qərbindəki Qurokda yerləşən anbarlar bağlanacaq. Şirkət nümayəndəsinin sözlərinə görə, ixtisara düşüən 1200 işçiyə Amazonun digər mərkəzlərində iş təklif olunacaq.
Daha əvvəl Wall Street Journal məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, Amazon onlayn pərakəndə satış şirkəti 17 min işçisini ixtisar etmək niyyətindədir.