16 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201070106 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 94.6360 (8.99%) manat və 96.9036 (7.70%) manat olan 31 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.5768 (8.45%) manat, orta ölçülmüş qiyməti isə 96.2530 (8.0661%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 93,583,000 manat, yerləşdirilmiş həcmi isə 45,452,800 manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 14.04.2026-cı ildir.
Hərrac iştirakçıları 17 aprel 2024-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
BFB
23 Dekabr 2025
23 Yanvar 2025
24 Dekabr 2024