Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

28 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0201040075

Emissiya həcmi 

50 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

26 sentyabr 2023-cü il, 26 mart 2024-cü il
24 sentyabr 2024-cü il, 25 mart 2025-ci il
23 sentyabr 2025-ci il,  24 mart 2026-cı il

Faiz gəliri

7%

Ödəmə tarixi

24.03.2026


Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.



Mənbə: Bakı Fond Birjası